Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva qatarla Pekinə gəliblər

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Çinin Tiencin şəhərindən qatarla paytaxt Pekinə gəliblər.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı və Birinci xanım Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər.

Xəbər yenilənəcək