https://news.day.az/azerinews/1867311.html Küçə divarına quraşdırdırılan kameraya görə CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ Evə, həyətə və ya qapı ağzına videomüşahidə kamerasının quraşdırılması başqalarının şəxsi və ailə həyatının sirrini pozduqda, həmçinin qonşuların razılığı olmadan onların şəxsi məkanlarını (məsələn, qonşunun qapısının içərisini, pəncərəsini və ya həyətini) çəkdikdə qanun pozuntusu sayılır.

Küçə divarına quraşdırdırılan kameraya görə CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ

Azərbaycanca, 15 октября 2026 17:17 (UTC +04:00) 258
Küçə divarına quraşdırdırılan kameraya görə

Evə, həyətə və ya qapı ağzına videomüşahidə kamerasının quraşdırılması başqalarının şəxsi və ailə həyatının sirrini pozduqda, həmçinin qonşuların razılığı olmadan onların şəxsi məkanlarını (məsələn, qonşunun qapısının içərisini, pəncərəsini və ya həyətini) çəkdikdə qanun pozuntusu sayılır.

Azərbaycan Respublikasının Konstitusiyasına və "Fərdi məlumatlar haqqında" Qanuna əsasən, hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır və icazəsiz olaraq şəxslərin gizli videoçəkilişini aparmaq, onların fərdi məlumatlarını toplamaq qəti qadağandır. Əgər quraşdırılan kamera yalnız sizin şəxsi mülkünüzü (öz qapınızın önünü və ya öz həyətinizi) əhatə etmirsə və qonşuların gediş-gəlişini, şəxsi həyatını birbaşa izləyirsə, bu hal qanunsuz fərdi məlumatların toplanması və şəxsi həyata müdaxilə kimi qiymətləndirilir.

Bu növ hüquq pozuntularına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 375-ci maddəsinə (Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulması) əsasən fərdi məlumatların qanunsuz toplanılmasına və işlənilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilə bilər. Əgər bu əməl daha ağır nəticələrə səbəb olarsa və şəxsin gizli yollarla şəxsi həyatının sirri olan məlumatları yayılarsa, məsələ artıq cinayət məsuliyyəti yaradır və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156-cı maddəsi (Şəxsi və ailə həyatının sirrini yayma) ilə cinayət işinin açılmasına, daha yüksək məbləğdə cərimələrə və ya azadlıqdan məhrumetmə cəzasına səbəb ola bilər.

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости