Bakıda polis özünü GÜLLƏLƏDİ

Aprelin 8-də Bakıda polis nəfərinin silahla ehtiyatsız davranması nəticəsində ölümlə nəticələnən hadisə baş verib.

 DİN-in Mətbuat Xidmətindən Day.Az-a bildirilib ki, hadisə tabel silahını təmizləyərkən baş verib.

Göstərilən tibbi müdaxilələrə baxmayaraq 1988-ci il təvəllüdlü polis nəfəri Ruslan Kazımov həyatını itirib.