https://news.day.az/azerinews/1867488.html
Dövlət sərhədini qanunsuz keçməyə cəhd edən 6 əcnəbi saxlanılıb - FOTO
Azərbaycan-Gürcüstan sərhədini qanunsuz keçməyə cəhd göstərən altı xarici ölkə vətəndaşı saxlanılıb.
Dövlət sərhədini qanunsuz keçməyə cəhd edən 6 əcnəbi saxlanılıb - FOTO
Azərbaycan-Gürcüstan sərhədini qanunsuz keçməyə cəhd göstərən altı xarici ölkə vətəndaşı saxlanılıb.
Day.Az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatına görə, Sərhəd Qoşunlarının "Zaqatala" sərhəd dəstəsinin xidməti ərazisində keçirilən əməliyyat-qoşun tədbirləri nəticəsində bir Fələstin vətəndaşı Gürcüstandan Azərbaycana keçməyə cəhd edərkən saxlanılıb.
"Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində isə üç Əfqanıstan və iki Əlcəzair vətəndaşının Azərbaycandan Gürcüstana dövlət sərhədini qanunsuz keçmək cəhdinin qarşısı alınıb.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре