https://news.day.az/azerinews/1739800.html
Qəzzanın bombardmanı nəticəsində 11 nəfər həlak olub
Martın 25-də İsrailin Qəzza bölgəsinə endirdiyi zərbələr nəticəsində 5-i uşaq olmaqla, azı 11 nəfər həlak olub. Day.Az xəbər verir ki, bu barədə Qətərin "Al-Jazeera" telekanalı məlumat yayıb.
Qəzzanın bombardmanı nəticəsində 11 nəfər həlak olub

Martın 25-də İsrailin Qəzza bölgəsinə endirdiyi zərbələr nəticəsində 5-i uşaq olmaqla, azı 11 nəfər həlak olub.
Day.Az xəbər verir ki, bu barədə Qətərin "Al-Jazeera" telekanalı məlumat yayıb.
Məlumata görə, İsrail ordusu pilotsuz uçan aparatlar və artilleriyadan istifadə etməklə Cəbəliyə, Beyt-Lahiyə, Xan-Yunus, Rəfah şəhərlərini və Əl-Bureyc qaçqın düşərgəsini bombalayıb.
Xatırladaq ki, Qəzzada atəşkəs rejimi haqda sazişin ikinci mərhələsi üzrə danışıqların iflasa uğramasından sonra İsrail ordusu martın 18-də Fələstin anklavında HƏMAS-a qarşı hərbi əməliyyatları bərpa edib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре