"Bakıdakı Qran pri çox yüksək səviyyədə təşkil olunub"

Day.Az представляет новость на азербайджанском языке

Jurnalistlərlə görüş keçirən Formula 1-in pilotu maraqlı cavabları ilə yadda qalıb.

Milli.Az bildirir ki, yerli və xarici media nümayəndələrin sullarını cavablandıran "Williams" komandasının braziliyalı üzvü Felipe Massa Bakı və burada keçirilən Qran pri barədə söz açıb.

Felipe bildirirb ki, Bakı yolları istənilən ilotun arzusunda olan trassadır. Formula1 üçün təşkil olunmuş yollarda istnilən manevri etmək və pik sürət həddini yığmaq mmümkündü.

"İlk dəfədir ki, Bakıdayam və burda olmağımdan çox məmnunam. Şəhər çox gözəl və əzəmətli şəkildə qurulub. Pilotlar üçün çox gözəl şərait qurulub. Bu yarışın burda ilk dəfə keçilməsinə baxmayaraq, çox yüksək səviyyədə təşkil olunub. F1 üçün nəzərdə tutulan yollarda bütün manevrlər üçün imkanlar var. İstər sərt dongələr və yaxud da çətinlik yaradan hissələr. Bir sözlə burada hər pilotun arzuladığı hər bir şey var". 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.