"Barselona"ya görə oğurluğa başladı

Day.Az представляет новость на азербайджанском языке.

Mərc oyunlarında uduzan Qazax sakini kirayə qaldığı evin sahibindən pul və qızıl oğurlayıb.  

Milli.Az Region TV-yə istinadən xəbər verir ki, Masazır qəsəbə sakini Gülnar Muradova Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək mənzilindən 6500 manat dəyərində qızıl-zinət əşyaları və 2250 manat nağd pulunun oğurlanması barədə məlumat verib. Əməliyyat tədbirlərinə başlayan polis hadisəni törətməkdə şübhəli bilinən Qazax rayon sakini 39 yaşlı Rəmzi Əliyevi saxlayıb. 

Qeyd edək ki, Gülnar Muradovanın həyətindəki evdə kirayə yaşayan Rəmzi Əliyev 3 il bundan əvvəl mərc oyunlarında  3 min manat uduzandan sonra çıxış yolunu oğurluq etməkdə görüb. 

Rəmzi Əliyev: "Futbol mərcində variant yazıb 3000 manat pul uduzdum. O borcumu qaytarmaq üçün bu hərəkəti elədim. "Barselona" - "Real" oyununda "Barsa"ya pul atmışdım, oyun 2-2 qurtardı".

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Нажмите на видео для просмотра:

фото