Əfqənistandakı dəhşətli zəlzələdə ölənləri sayı ARTDI
Əfqanıstanın şərqində baş vermiş dağıdıcı zəlzədə həlak olan insanların sayı 1000 nəfəri ötüb.
Day.Az xəbər verir ki, bu barədə "Reuters" yerli mənbələrə istinadən məlumat yayıb.
xxx
11:57
Əfqanıstanın şərqində, Pakistanla sərhəddə baş vermiş güclü zəlzələdə ölənlərin sayı 900 nəfərə çatıb.
Day.Az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Əfqanıstanın Fövqəladə Hallar üzrə Milli İdarəsinin rəsmi nümayəndəsi Yusaf Həmmadın sözlərinə görə, təbii fəlakətdən 3 mindən çox əfqan zərər çəkib. Bundan əvvəl Əfqanıstan hökuməti itki sayının 800-dən çox, zərərçəkənlərin isə 2,8 minə yaxın olduğunu bildirmişdi.
Əfqanıstanın şərqində yerləşən əyalətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir. "TOLOnews" telekanalının məlumatına əsasən, dağıntılar altında yüzlərlə insan qalmaqdadır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре