Namiq ata-anasının tərk etdiyi uşağı sevindirdi

Day.Az представляет новость на азербайджанском языке.

Namiq Qaraçuxurlu anası və atası tərəfindən işgəncələrə məruz qalan və tərk edilən Rusiya vətəndaşı Mişanı doğum günündə sevindirib.

Gecce.az xəbər verir ki, teleaparıcı Elgiz Əkbər həmin uşağı doğum günündə "Günəbaxan" verilişinə dəvət edib. Onun arzusunu çin edən teleaparıcı öncə Namiqin uşaq üçün göndərdiyi oyuncağı təqdim edib. Onun ardınca Namiq canlı efirə gəlib. Namiqin gəlişi azyaşlı üçün əsl bayram olub. 

Qeyd edək ki, Mişa arzusunu dilə gətirəndə Namiq Qaraçuxurlunu görməyi bildirmişdi. Onu qırmayan N.Qaraçuxurlu birbaşa canlı studiyaya gedib və azyaşlını sevindirib.