Azərbaycanlı alim "Nobel" medalı aldı

Day.Az представляет новость на азербайджанском языке.


Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) elm və texnika işləri üzrə prorektoru, professor Ramiz Həsənov Rusiya Təbiətşünaslıq Akademiyası tərəfindən "Alfred Nobel" medalı ilə təltif olunub və ona "Texnogen resursların istehsal vasitələrinin renovasiyası elmi məktəbinin yaradıcısı" fəxri adı verilib.
 

ADNA-dan AZƏRTAC-a bildiriblər ki, alim bu mükafata elm və ixtiraçılıq, həmçinin elmi kadrların hazırlanması sahəsindəki səmərəli xidmətlərinə görə layiq görülüb.