Bakıda yanğın

Day.Az представляет новость на азербайджанском языке.

23:25

"Yanğın transformatorun dam örtüyündə baş verib".

Milli.Az bildirir ki, bu barədə APA-ya hadisə yerinə gələn "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, yanğın nəticəsində transformatora ciddi ziyan dəyməyib. Qısa zamanda yaxınlıqdakı binalara elektrik enerjisinin verilməsi bərpa olunub.

----------
22:41

Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Gəncə prospektində 4 binanı elektrik enerjisi ilə təchiz edən transformatorda yanğın olub.
 
Yanğınla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin Xətai Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın qısa zamanda söndürülüb, alovun digər sahələrə keçməsinin qarşısı alınıb.
 
Binalara elektrik enerjisinin verilməsində fasilələr yaranıb.Hadisə yerinə "Azərişıq" ASC-nin məsul işçiləri cəlb olunub. Hazırda yanğının nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir. 

--------
22:25

Milli.Az "qafqazinfo"ya istinadən bildirir ki, yanğın hadisəsi Gəncə prospekti ilə Həzi Aslanov metrostansiyasının kəsişməsində qeydə alınıb. Sakinlərin məlumatına görə, yanğın transformatorun partlaması nəticəsində baş verib.

-----------
20:49

Bakının Xətai rayonunda, "Həzi Aslanov" metro stansiyasının yaxınlığında 9 mərtəbəli yaşayış binasında yanğın başlayıb.

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xeyli canlı texnikası və qüvvəsi cəlb olunub. 

Hazırda binaya elektrik enerjisinin verilişi tamamilə dayandırılıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bakıda yaşayış binası yanır