Sulşer Ronaldonu niyə oynatmayıb?

"Mançester Yunayted" İngiltərə Liqa kubokunun 1/16 final mərhələsində "Vest Hem"ə uduzub - 0:1. Komandanın ulduz oyunçusu Kriştiano Ronaldo bu oyunu buraxıb.

Day.Az Offsideplus.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın  baş məşqçisi Ole-Qunnar Sulşer portuqaliyalı hücumçunun "Vest Hem"lə oyunda olmamasının səbəbini açıqlayıb:

"Ronaldonun gəlişinin komandaya böyük təsiri oldu. O, mümkün qədər çox oynamaq istəyir, amma bunun alınacağını düşünmürəm. Mövsümün sonunda uğur qazanmaq istəyiriksə, futbolçuları çox riskə atmamalıyıq. Müəyyən dəyişikliklər edərək, öz ritmimizi saxlayacağıq".