https://news.day.az/azerinews/1775063.html Qobustandakı uçqunda xəsarət alan şəxsin vəziyyəti açıqlanıb - RƏSMİ 19.08.2025-ci il tarixində 1 nəfər (kişi cinsli) müxtəlif növ xəsarətlərlə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Day.Az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd Trend-in sorğusuna cavab olaraq bildirib.

Qobustandakı uçqunda xəsarət alan şəxsin vəziyyəti açıqlanıb - RƏSMİ

Azərbaycanca, 20 августа 2025 12:18 (UTC +04:00) 373
Qobustandakı uçqunda xəsarət alan şəxsin vəziyyəti açıqlanıb

19.08.2025-ci il tarixində 1 nəfər (kişi cinsli) müxtəlif növ xəsarətlərlə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Day.Az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd Trend-in sorğusuna cavab olaraq bildirib.

Qeyd edilib ki, 1990-cı il təvəllüdlü şəxsə hər iki qabırğanın fəsadlaşmamış yerdəyişmiş sınığı, burun və almacıq sümüyünün sınığı, aşağı ətrafların zədələnməsi diaqnozu təyin olunub.

Bildirilib ki, zəruri ilkin tibbi yardım göstərilən şəxsin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, dünən Qobustan kəndi ərazisində çayda balıq tutarkən yaxınlıqdakı dərəlik ərazidən torpaq qatın qoparaq üzərinə düşməsi nəticəsində 1987-ci il təvəllüdlü R.Əhmədov hadisə yerində ölüb, 1990-cı il təvəllüdlü N.Osmanov isə Kliniki Tibbi Mərkəz PHŞ-nə yerləşdirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости