Naxçıvanda məsciddə yanğın baş verib

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qıvraq qəsəbəsində məscid binasının dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb, qalan hissəsi yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyindən Day.Az-a bildirilib ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.