Bakı metrosunda həyəcan: sərnişinlər tuneldə qaldılar

Day.Az представляет новость на азербайджанском языке.


Bu gün axşam saatlarında Bakı metrosunda sərnişinlər həyəcanlı anlar yaşayıb.

Milli.Az xəbər verir ki, buna səbəb "Həzi Aslanov" istiqamətində hərəkət edən qatarın 10-12 dəqiqə "Ulduz" - "Koroğlu" stansiyaları arasında tuneldə qalması olub.

Sərnişinlər qatarın bu qədər ləngiməsindən narahatlıq keçiriblər.

Yaranmış problemin səbəbi insanlara izah edilməyib.