https://news.day.az/azerinews/1867643.html Əhmədli metrosundan Türkan və Hövsana yeni avtobus marşrutu istifadəyə verilir Türkan qəsəbəsi, Türkan bağları və Hövsan qəsəbəsinin "Quşçuluq" yaşayış massivi ərazisində yaşayan sakinlərin ictimai nəqliyyata tələbatı nəzərə alınaraq oktyabrın 18-dən metronun "Əhmədli" stansiyasından bu mənətəqələrə 218 nömrəli yeni müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq. Bu barədə Day.Az-a AYNA-dan məlumat verilib.

Əhmədli metrosundan Türkan və Hövsana yeni avtobus marşrutu istifadəyə verilir

Azərbaycanca, 16 октября 2026 19:16 (UTC +04:00) 342
Əhmədli metrosundan Türkan və Hövsana yeni avtobus marşrutu istifadəyə verilir

Türkan qəsəbəsi, Türkan bağları və Hövsan qəsəbəsinin "Quşçuluq" yaşayış massivi ərazisində yaşayan sakinlərin ictimai nəqliyyata tələbatı nəzərə alınaraq oktyabrın 18-dən metronun "Əhmədli" stansiyasından bu mənətəqələrə 218 nömrəli yeni müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq.

Bu barədə Day.Az-a AYNA-dan məlumat verilib.

Marşrut xəttində ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz edilən nəqliyyat vasitələri istismar olunacaq.

Avtobuslar saat 06:00-dan 23:00-dək 12-15 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərəcək.

 

Marşrutda ödənişlər nağdsız qaydadadır. Gedişhaqqı 0,80 AZN müəyyən edilib.

  • Əhmədli metrosundan Türkan və Hövsana yeni avtobus marşrutu istifadəyə verilir
  • Əhmədli metrosundan Türkan və Hövsana yeni avtobus marşrutu istifadəyə verilir
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости