https://news.day.az/azerinews/941491.html Sel Astarada üç körpünü dagıdıb - FOTOLAR Day.Az представляет новость на азербайджанском языке Astarada güclü sel iki piyada, bir avtomobil körpüsünü qəzalı vəziyyətə salıb, yaşayış evləri təhlükədədir. Day.Az APA-ya istinadən xəbər verir ki, bir neçə gün bundan öncə cənub bölgəsinə yağan leysan yağışlar Astarada ciddi fəsadlara yol açıb.

Sel Astarada üç körpünü dagıdıb - FOTOLAR

Azərbaycanca, 15 октября 2017 22:55 (UTC +04:00) 1 215
Sel Astarada üç körpünü dagıdıb

Day.Az представляет новость на азербайджанском языке

Astarada güclü sel iki piyada, bir avtomobil körpüsünü qəzalı vəziyyətə salıb, yaşayış evləri təhlükədədir.

Day.Az APA-ya istinadən xəbər verir ki, bir neçə gün bundan öncə cənub bölgəsinə yağan leysan yağışlar Astarada ciddi fəsadlara yol açıb.
 
Rayonun Şiyəkəran kəndi ərazisində Pensər çayının üzərində iki piyada körpüsü qəzalı vəziyyətə düşüb. İki mindən artıq insan kəndin bir hissəsindən digər hissəsinə keçmək üçün əlavə 4 km məsafə qət edir. Sakinlər belə bir vəziyyətin sonuncu dəfə 30 il bundan öncə müşahidə edildiyini bildiriblər. Daşqınlar zamanı çayda suyun səviyyəsi 5 metrdən artıq qalxaraq sakinlərin çay sahilindəki sitrus bağlarına da ciddi ziyan vurub.
 
Pensər çayının sahilində torpaq sürüşməsi səbəbindən bir neçə ev üçün də ciddi təhlükə yaranıb.
 
Astara rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev APA-ya açıqlamasında deyib ki, yaranmış vəziyyət barədə məlumatlıdırlar. Avtomobil körpüsünün qəzalı vəziyyətə düşməsinin sürücülər üçün ciddi təhlükə olduğunu qeyd edən İ. Malıyev sel nəticəsində yaranan fəsadlarla bağlı aktın tərtib olunduğunu və müvafiq qurumlara göndərildiyini bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • Sel Astarada üç körpünü dagıdıb
  • Sel Astarada üç körpünü dagıdıb
  • Sel Astarada üç körpünü dagıdıb
  • Sel Astarada üç körpünü dagıdıb
  • Sel Astarada üç körpünü dagıdıb
  • Sel Astarada üç körpünü dagıdıb
  • Sel Astarada üç körpünü dagıdıb
  • Sel Astarada üç körpünü dagıdıb
  • Sel Astarada üç körpünü dagıdıb
  • Sel Astarada üç körpünü dagıdıb
  • Sel Astarada üç körpünü dagıdıb
  • Sel Astarada üç körpünü dagıdıb
  • Sel Astarada üç körpünü dagıdıb
  • Sel Astarada üç körpünü dagıdıb
  • Sel Astarada üç körpünü dagıdıb
  • Sel Astarada üç körpünü dagıdıb
  • Sel Astarada üç körpünü dagıdıb
  • Sel Astarada üç körpünü dagıdıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости