BQXK-ya məxsus 7 avtomobil növbəti dəfə Laçın yolundan keçib - FOTO

Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 7 nəqliyyat vasitəsi yenidən Laçın yolundan keçib.
Day.Az Trend-in aksiya yerinə ezam olunmuş müxbirinə istinadən xəbər verir ki, BQXK-ya məxsus 5 minik və 2 yük avtomobilinin maneəsiz keçidi üçün şərait yaradılıb.
Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.
Xatırladaq ki, səhər saatlarında da BQXK-ya məxsus avtomobillər Laçın yolundan keçmişdi.
Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 82 gündür davam edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре