https://news.day.az/azerinews/1703427.html
Serbiyada dəmiryolu stansiyası binasının tavanı çökdü: ölənlər və xəsarət alanlar var
Serbiyanın Novı Sad şəhərində dəmiryolu vağzalında stansiya binasının tavanın bir hissəsi çöküb. Day.Az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Novı Sad-Subotiça yüksəksürətli dəmiryolu xəttinin tikintisi layihəsi çərçivəsində stansiya binasının təmiri ilə bağlı aparılan işlər çərçivəsində baş verib.
Serbiyada dəmiryolu stansiyası binasının tavanı çökdü: ölənlər və xəsarət alanlar var

Serbiyanın Novı Sad şəhərində dəmiryolu vağzalında stansiya binasının tavanın bir hissəsi çöküb.
Day.Az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Novı Sad-Subotiça yüksəksürətli dəmiryolu xəttinin tikintisi layihəsi çərçivəsində stansiya binasının təmiri ilə bağlı aparılan işlər çərçivəsində baş verib.
Məlumata görə, əraziyə təcili tibbi yardım maşınları və mülki müdafiə qüvvələri cəlb olunub. Stansiyada qatarların hərəkəti dayandırılıb və başqa istiqamətə yönəldilib.
Qəza nəticəsində 8 nəfərin həlak olduğu, 2 nəfərin isə dağıntılar altından sağ çıxarıldığı bildirilib. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре