Ağırlıq qaldırmaq beyinə necə təsir edir? - AÇIQLAMA

Ağırlıq qaldırmaq demensiyaya (əqli qabiliyyətin pisləşməsi - red.) qarşı güclü qorunmanı təmin edir.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Braziliya Neyrologiya və Neyrotexnologiya İnstitutunun (BRAINN) rəhbərliyi ilə aparılan araşdırma bunu deməyə əsas verir.
Qeyd olunur ki, ilkin mərhələdə koqnitiv pozğunluğu olan 44 nəfər üzərində tədqiqat aparılıb.
Ağır atletika məşqləri edən şəxslərin yaddaş və neyron bütövlüyü baxımından daha yaxşı nəticələr verdiyi məlum olub.
"Tədqiqatın sonunda bəzi iştirakçılara artıq yüngül koqnitiv pozğunluq diaqnozu qoyulmayıb. Düşünürük ki, uzunmüddətli məşq proqramları demensiyanın inkişafını gecikdirə və ya tamamilə qarşısını ala bilər" - deyə tədqiqatın aparıcı müəllifi İsidora Ribeyru vurğulayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре