Bakıda yaşayış binasında yanğın olub - VİDEO
17:38
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Nəsimi rayonunda yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Day.Az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yaşayış binasının 16-cı mərtəbəsində yerləşən mənzilin eyvanında məişət tullantıları yanıb. Yanğın qısa müddətdə söndürülüb.
17:01
Bakıda yaşayış binasında yanğın başlayıb.
Milli.Az xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb.
Yaşayış binasının sonuncu mərtəbəsində meydana gələn yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürənlər cəlb edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре