Bakının mərkəzində güclü yanğın - YENİLƏNİB - FOTO - VİDEO
Paytaxtın Yasamal rayonu, Vidadi küçəsində ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsində baş vermiş yanğın söndürülüb.
Day.Az xəbər verir ki, bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində taxta konstruksiyalardan ibarət hər mərtəbəsi 60kv.m. olan ikimərtəbəli yaşayış evinin ikinci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində yaşayış evinin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb.
Evin birinci mərtəbəsi və bitişik evlər yanğından mühafizə olunub.
XXX
Yasamal rayonu Vidadi küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verib.
Bu barədə Day.Az xəbər verir ki, Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Ətraflı məlumat veriləcək.
XXX
Bakının mərkəzində güclü yanğın başlayıb.
Day.Az xəbər verir ki, Yasamal rayonunda fərdi yaşayış evlərin birində yanğın baş verib.
Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре