İranda nüvəçi alim edam edilib

Day.Az представляет новость на азербайджанском языке

ABŞ-da müəyyən müddət yaşamış nüvəçi alim Şəhram Əmiri Tehranda edam edilib. APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə alimin yaxınları məlumat yayıblar.

2009-cu ildə Məkkəyə Həcc ziyarətinə yollanan Şəhram Əmiri yoxa çıxıb, bir müddət sonra ABŞ-da peyda olub. Onun ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən zorla saxlanıldığı bildirilirdi. ABŞ isə alimin oğurlanmasına dair ittihamları təkzib edib.
 
2010-cu ildə "ABC News" telekanalı Şəhram Əmirinin ABŞ-a qaçdığını və MKİ-yə İranın nüvə proqramı barədə məlumat toplamağa kömək etdiyini bildirib.  
 
Bundan sonra Ağ Ev alimin ABŞ-a qaçdığını və Vaşinqtona mühüm məlumatlar ötürdüyünü açıqlayıb.  
 
2010-cu ildə Tehrana qayıdan Şəhram Əmiri həbs olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.