Avtomobil nömrəsi 464 min dollara satılıb

Day.Az представляет новость на азербайджанском языке

Çində hərracda avtomobil nömrəsi 3,2 milyon yuana (464 min ABŞ dolları) satılıb.

APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, alıcını V99999-luq rəqəm kombinasiyası cəlb edib.

Belə ki, doqquz Çində zənginlik, firavanlıq və uzunömürlülüyün rəmzidir.
 
Çinlilər  xoşbəxt nömrələrə böyük əhəmiyyət verir və onların əldə edilməsinə istənilən məbləğ ödəməyə hazırdırlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.