Aİ-nin Ermənistandakı missiyası Cənubi Qafqazda vəziyyətin nizamlanmasına töhfə vermir - Rusiya XİN
Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyası Cənubi Qafqazda vəziyyətin nizamlanmasına töhfə vermir.
Day.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla telefon danışığı zamanı qeyd olunub.
Diplomatlar Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.
"Brüsselin Ermənistanda missiya yerləşdirmək qərarı regionda vəziyyəti nizamlamağa kömək etmir", - Qaluzin qeyd edib.
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması barədə danışarkən Mixail Qaluzin qeyd edib ki, Brüsselin Ermənistanda Aİ-nin qondarma mülki missiyasını yerləşdirmək qərarı Cənubi Qafqazda real sabitləşməyə töhfə verməyən fərqli geosiyasi çalara malikdir.
"Bakı və İrəvan arasında bu təşəbbüslə bağlı konsensus yoxdur", - deyə o vurğulayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре