Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir - FOTO
Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, qurultayda iştirakını ümumilikdə 225 nümayəndə təsdiqləyib.
Onlardan 201 nəfəri qurultayda iştirak edib.
Qurultay iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Müraciəti qurultayda jurnalist Səyfəddin Hüseynli səsləndirib.
Tədbir çərçivəsində Sədarət, Katiblik, Say və Mandat komissiyaları yaradılıb.
Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışında bildirib ki, Azərbaycan jurnalistlərinin VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub. Onların böyük bir qismi - 691-i katibliyin də həllini tapıb, tərəflər arasında anlaşıb, razılığa gəlinib.
O qeyd edib ki, digər 124 şikayət üzrə razılığa gəlinmədiyindən toplanmış materiallar baxılmaq üçün şuranın şikayətlər üzrə komissiyasına təqdim edilib.
"Qərarlarda əsasən jurnalistlərin qarşı tərəfin mövqeyini işıqlandırılmasına etinasız yanaşmaları vurğulanıb, müvafiq tövsiyələr ünvanlanıb. Onu da bildirək ki, katiblik səviyyəsində həllini tapmış bir çox şikayətlərdən başqa şuraya şifahi müraciətlər də daxil olub. Onların sayı rəsmi qaydada göndərilmiş şikayətlərin sayından təxminən iki dəfə çoxdur", - deyə sədr bildirib.
Mətbuat Şurasının üzvü Müşfiq Ələsgərli çıxışında Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarına süni intellektdən istifadə ilə bağlı prinsipin əlavə olunduğunu bildirib.
O qeyd edib ki, təklifə əsasən çedia subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir.
"Yeni prinsiplərə əsasən, süni intellekt sistemlərindən istifadə jurnalistin təşəbbükat və mühakiməsini, redaksiya müstəqilliyini və insan nəzarətini əvəz etməməlidir. Süni intellektin köməyilə hazırlanmış materialların dərcindən əvvəl onların məzmunu, faktoloji dəqiqliyi və mənbələri insan jurnalist tərəfindən mütləq yoxlanılmalıdır. Dərc olunan materiallara görə jurnalist və redaksiya şəxsən məsuliyyət daşıyır.
Həmçinin auditoriyanın düzgün məlumatlandırılması üçün şəffaflıq təmin edilməlidir. Auditoriyanı çaşdıra biləcək süni intellekt mənşəli foto, audio, video və digər məzmun müvafiq qaydada işlənməli və onun mənşəyi barədə ictimaiyyətə məlumat verilməlidir",- deyə o əlavə edib.
Azərbaycan Media və Yayım Şurasının şöbə müdiri Natiq Məmmədli çıxışında qeyd edib ki, Media və Yayım Şurası ölkəyə qarşı dezinformasiyanın qarşısını almaq üçün intensiv fəaliyyət göstərir.
"Azərbaycan Respublikasının Media və Yayım Şurası ölkəmizə qarşı yönələn dezinformasiyanın qarşısını almaq üçün demək olar ki, bütün sutkanı çalışıb. Demək olar ki, bəzən gecə yarısı, bəzən gün ərzində bir neçə dəfə biz dezinformasiyanı ifşa edən bəyanatlar verdik, açıqlamalar verdik", - o bildirib.
Azərbaycan jurnalistlərinin IX qurultayı çərçivəsində keçirilən səsvermənin nəticələrinə əsasən, Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçilib. Həmçinin Şuranın İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.
səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir.
Şuranın İdarə Heyətinin jurnalistlər arasından seçilən üzvləri aşağıdakılardır:
Hacıbəy Heydərli - "Azxeber.com" saytı;
Orxan Amaşov - AnewZ;
Səadət Məmmədova - ATV;
Nurşən Quliyev - APA;
Vüqar Rəhimzadə - "İki sahil" qəzeti;
Elşad Eyvazlı - Modern Media Qrupu;
Seyfəddin Hüseynli - "525-ci qəzet";
Qalib İbrahimoğlu - "Bakivaxti.az" saytı;
Fərid Şahbazlı - "Editor.az" saytı;
Elçin Alıoğlu - "Trend" İA;
Anar Tahirov - "Bizim.media" saytı;
Vəfa Həmzəyeva - Real TV
Elmira Musayeva - CBC
Hümbət Musayev - Xalq qəzetinin baş redaktorunun birinci müavini
Vüqar Zifəroğlu - BDU, Jurnalistika fakültəsi;
Müşfiq Ələsgərli - Jurnalistlərin Həmkarlar İttifaqı;
Əminə Yusifqızı - Veteran jurnalist;
Bəhruz Məmmədzadə - "Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları" İctimai Birliyi;
Ayaz Mirzəyev Azərbaycan Jurnalistləri Şəbəkəsi İctimai Birliyi
Fərid Pərdəşünas -Technote Media Şirkəti;
Könül Niftəliyeva - BDU, Jurnalistika fakültəsi
Azər Həsrət - Bayraqdar Media
Yeganə Hacıyeva - Gənc Demokratlar İnstitutu.
Xəbər yenilənəcək
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре