https://news.day.az/azerinews/1733171.html
Paşinyanın mətbuat katibinin evi qarət olunub
Ermənistanın baş nazir Nikol Paşinyanın mətbuat katibinin evi qarət olunub. Cinayət hadisəsi yaxın günlərdə Nazeli Baqdasaryanın İrəvandakı evində baş verib Day.Az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. Məlumata əsasən, oğrular dövlət rəsmisinin evindən böyük məbləğdə nağd pul oğurlayıb.
Paşinyanın mətbuat katibinin evi qarət olunub

Ermənistanın baş nazir Nikol Paşinyanın mətbuat katibinin evi qarət olunub. Cinayət hadisəsi yaxın günlərdə Nazeli Baqdasaryanın İrəvandakı evində baş verib
Day.Az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Məlumata əsasən, oğrular dövlət rəsmisinin evindən böyük məbləğdə nağd pul oğurlayıb.
İlkin istintaqın çərçivəsində hüquq-mühafizə orqanları əməkdaşları qarətdə iştirak etməkdə şübhəli bilinən bir neçə dəstə üzvünü saxlayıb.
Oğurlanan pulların məbləği və saxlanılan şəxslərin kimliyi açıqlanmır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре