Azərbaycanda boşanmaların sayı azalıb
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda 56 404 körpə doğulub.
Day.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb
Məlumata görə, cari ilin ilk səkkiz ayında ölkədə 40 191 ölüm halı qeydə alınıb. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 240 nəfər çoxdur. Əhalinin hər 1000 nəfərinə düşən ölüm göstəricisi isə dəyişməyərək 5,9 səviyyəsində qalıb.
Nəticədə, 2026-cı ilin yanvar-avqust aylarında ölkədə təbii artım 16 213 nəfər təşkil edib.
Doğum göstəricisi əhalinin hər 1000 nəfərinə 9,3-dən 8,2-yə düşüb.
Doğulan körpələrin 53,2 faizini oğlanlar, 46,8 faizini isə qızlar təşkil edib. Körpələr arasında 1 902 əkiz və 69 üçəm doğuş qeydə alınıb.
Bundan əlavə, cari ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 4 918, boşanmaların sayı isə 591 azalıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре