Azərbaycanın Milli Qəhrəmanı anıldı - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun anadan olmasının 70 illiyi ilə əlaqədar anım tədbiri keçirilib
Day.Az bildirir ki, Binəqədi rayonunda milli qəhrəman Allahverdi Bağırovun 70 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir. 22 aprel tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Biləcəri qəsəbəsində yerləşən və "Milli Qəhrəmanlar" abidəsinin yerləşdiyi parkda təşkil olunan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, RİH başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, Binəqədi Rayon Səfərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Mehman Qurbanov, rayon ərazisində yerləşən idarə, müəssisə, təşkilat nümayəndələri və milli qəhrəman Allahverdi Bağırovun ailə üzvləri iştirak etmişdir. Dövlət Himni ilə başlayan tədbirdə ilk öncə milli qəhrəmanın abidəsi önünə gülqoyma mərasimi olmuşdur.
Respublika Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Mehman Qurbanov Milli Qəhrəman Allahverdi Bağırovun həyatı və keçdiyi döyüş yolundan danışdılar. Ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn Milli Qəhrəman Allahverdi Bağırovun bacısı Svetlana Bağırova daim dövlətin diqqəti və qayğısı ilə əhatə olunduqlarını dedi. Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov isə bildirdi ki, Allahverdi Bağırovun 70 illik yubileyinin Milli Qəhrəmanlar parkında keçirilməsində əsas məqsəd yetişməkdə olan gənc nəslə vətənpərvərlik ruhunu aşılamaqdır. Tədbirin bədii hissəsində Biləcəri qəsəbəsində fəaliyyət göstərən Şuşa şəhər 3 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında kompozisiya təqdim olundu.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре