"ASAN könüllüləri"nin növbəti 4-cü qrupu Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayıb - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
Mayın 25-də Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan "ASAN Könüllüləri Gənclər Təşkilatı"nın Master-2 layihəsi çərçivəsində 4-cü qrupunun üzvləri ilə görüş keçirilib.
İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, görüşdən öncə könüllü gənclər YAP Binəqədi rayon təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi RİH başçısı Aparatının inzibati binası ilə tanış olmuşlar və onlara ətraflı məlumat verilib.
Tanışlıqdan sonra ASAN könüllüləri ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun görüşü keçirilib.
RİH başçısı Prezident İlham Əliyevin tapşırığı ilə yaradılmış ASAN xidmətin ölkədə korrupsiyaya qarşı mübarizə sahəsində əhəmiyyətindən və bütövlükdə məmur-vətəndaş münasibətlərində şəffaflığın təmin olunmasındakı rolundan danışmış, gənclərin bu işə könüllü qoşulmasını yüksək qiymətləndirib. X.İsgəndərov vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yaradılmış "ASAN xidmət" mərkəzinin təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda, beynəlxalq miqyasda örnək kimi qəbul olunduğunu vurğulayıb.
Natiq çıxışında ölkəmizdə gəncliyin inkişafı, gənclərin dünya birliyinə inteqrasiyası və bu istiqamətdə əhəmiyyətli tədbirlərin keçirilməsinin dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib, ASAN könüllülərinin Binəqədi rayon İcra Hakimiyyətində əldə edəcəyi təcrübənin onlara gələcək işlərində müsbət töhfə verəcəyini bildirib.
Qeyd edək ki, may ayının 25-dən etibarən 11 nəfər gəncdən ibarət "ASAN könüllüləri" Binəqədi RİH başçısı Aparatında iki aylıq iş təcrübəsinə başlamış, onlar peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələr üzrə bölüşdürülüblər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре