https://news.day.az/azerinews/1867868.html Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb Azərbaycanın daha iki güləşçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən U-23 dünya çempionatında medal qazanıb. Day.Az Trend-ə istinadən bildirir ki, sərbəst güləşçilər Anar Cəfərli (92 kiloqram) və Xetaq Karsanov (125 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycanca, 18 октября 2026 09:51 (UTC +04:00) 210
Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycanın daha iki güləşçisi ABŞ-nin Las-Veqas şəhərində keçirilən U-23 dünya çempionatında medal qazanıb.

Day.Az Trend-ə istinadən bildirir ki, sərbəst güləşçilər Anar Cəfərli (92 kiloqram) və Xetaq Karsanov (125 kiloqram) fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.

Bürünc medal uğrunda görüşlərdə Cəfərli italiyalı Qabriele Nikkoliniyə tam üstünlüklə (10:0), Karsanov isə rusiyalı Andrey Bestayevə 8:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bununla da Azərbaycan güləşçilərinin mundialda qazandıqları ümumi medal sayı 5-ə çatıb. Daha əvvəl yunan-Roma güləşçiləri Elmir Əliyev (60 kiloqram) gümüş, Ruslan Nurullayev (77 kiloqram) bürünc, qadın güləşçi Günay Qurbanova (59 kiloqram) isə gümüş mükafat qazanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости