Terror aktını kimlər və hansı məqsədlə törədib?
Day.Az представляет новость на азербайджанском языке
İstanbulda törədilən son terror aktının arxasında həm PKK, həm İŞİD, solçular və ya hansısa başqa qruplar ola bilər. Amma daha çox İŞİD-in olması ehtimal edilir. Çünki dəst-xətt belədir ki, orada həm atışma, həm də partlayış olub. Məqsəd də ilk növbədə Türkiyə iqtisadiyyatına zərbə vurmaqdır. Çünki hazırda turizmin ən qızğın mövsümüdür.
Bunu Milli.Az-a açıqlamasında "Baku Network" ekspert qrupunun rəhbəri, təhlükəsizlik və beynəlxalq məsələlər üzrə ekspert Elxan Ələsgərov deyib.

E.Ələsgərovun sözlərinə görə, terror aktının arxasında Türkiyəni zəiflətmək və ona təzyiq etmək məqsədi dayanır: "Nəzərə almaq lazımdır ki, bu terror aktı Türkiyə rəhbərliyinin 7 ay əvvəl baş vermiş təyyarə hadisəsinə görə Rusiyaya üzrxahlıq məktubu göndərməsindən sonra baş verib. Digər tərəfdən, Türkiyə Suriya problemindən yaxasını qurtarmaq istəyir. Amma ciddi-cəhdlə onu geriyə çəkirlər ki, sən mütləq burada iştirak etməlisən. Bu səbəbdən Türkiyə hədəf seçilib və ona görə də bu hadisə Türkiyəyə siyasi təzyiq vasitəsi ola bilər".

Ekspert Türkiyənin təhlükəsizlik sisteminin işindəki zəifliyi, boşluqları isə belə şərh edib: "İndi turizm mövsümüdür. Ona görə də hər şeyə nəzarət etmək çox çətindir. Amma bu hadisə aeroportun tam içində yox, girəcəyində olub. Yəni oraya giriş sərbəstdir. Orada kim istəsə avtomobillə gələ, qonaqları qarşılaya və ya yola sala bilər. Yəni terrorçular hadisəni aeroportun təhlükəsizlik sistemini keçmədən törədiblər".

Qeyd edək ki, iyunun 28-də gecə Türkiyənin İstanbul şəhərindəki Atatürk hava limanında 3 terrorçu-kamikadzenin hücumu nəticəsində 50 nəfər dünyasını dəyişib, 106 nəfər yaralanıb.
Qeyd: Analoji mövzularla bağlı geniş məlumatları aşağıdakı resurslardan da əldə etmək mümkündür:
http://bakunetwork.com
Facebook-dan, Twitter-dən və Youtube-dan izləyin.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре