Avtobus zolaqlarına daxil olan digər hərəkət iştirakçılarının sayı minimuma enib

Tədricən anlayış formalaşır ki, yoldakı vəziyyətə nəzarət etmədən, parklanma yerlərini axtarmadan və şəxsi avtomobil sürücülərinin üzləşdiyi digər problemlərdən narahat olmadan avtobuslarla təyinat yerinə daha tez və rahat çatmaq olar.

Day.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

Sədr vurğulayıb ki, son zamanlar hətta avtomobil ilə səyahətin böyük həvəskarları da xüsusilə qısa və orta məsafələrə gediş üçün avtobusdan tez-tez istifadə etməyə başlayıblar.

"Biz sözdə deyil, əməldə vətəndaş məmnunluğuna nail ola bilmişik. Qanunvericiliyin təkmilləşdirilməsi də avtobus zolaqlarının səmərəliliyinin artırılmasında mühüm rol oynayıb ki, bu da həmin zolaqlara daxil olan digər hərəkət iştirakçılarının sayını praktiki olaraq minimuma endirib", - deyə A. Rzayev qeyd edib.