Ağcabədidə partlayışda ölən şəxsin qardaşı hadisədən danışdı - VİDEO
Mənə birdən xəbər gəldi ki, qardaşımgilin evində partlayış olub.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ağcabədidə baş verən əl qumbarası partlayış zamanı həyatını itirən Şamiq Quliyevin qardaşı Murad Quliyev deyib.
"Hadisə yerinə gəlib çatdığım an təcili tibbi yardım yaralıları aparırdı. Partlayış nəticəsində qardaşım və böyük oğlu dünyasını dəyişib, qızı isə ayağından yaralanıb. Hadisə səhər saatlarında 9-10 arası baş verib. Ətrafdakılar ilkin olaraq, qaz partlayışı olduğunu zənn ediblər. Sonradan məlum olub ki, əl qumbarası partlayıb", - deyə o bildirib.
Qeyd edək ki, Ağcabədidə əl qumbarası partlayıb ölən və yaralılar var. Hindarx qəsəbəsində baş verən partlayış nəticəsində 5 nəfər ölüb (onlardan 3-ü yetkinlik yaşına çatmayan şəxsdir).
Xəbər verildiyi kimi, Ağcabədi rayonunun Hindarx qəsəbəsində evdə əl qumbarası partlayıb. Baş verən parlayış nəticəsində 5 nəfər ölüb (onlardan 3-ü yetkinlik yaşına çatmayan şəxsdir):
1. Quliyev Şamiq Əfqan oğlu (1959);
2. Quliyev Bəhruz Şamiq oğlu (1983);
3. Məmmədli Məhəmməd Vidadi oğlu (2015);
4. Məmmədli Murad Vidadi oğlu (2018);
5. Quliyev Natiq Namiq oğlu (2018),
2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb:
1. Quliyeva (Məmmədova) Ülviyyə Şamiq qızı (1985);
2. Quliyeva Aysun Namiq qızı (2015).
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре