Azərbaycanda banklara ən az və ən çox əmanət yerləşdirən regionlar - SİYAHI
Bu ilin yanvarın 1-nə Azərbaycanda regionlar üzrə cəlb olunmuş əmanətlər 14,6 milyard manat təşkil edib.
Bu barədə Day.Az Mərkəzi Bankdan məlumat əldə edib.
Məlumata əsasən, ölkə üzrə cəlb olunmuş əmanətlərin ən çoxu - 12,9 milyard manatı Bakı iqtisadi rayonunun, ən azı - 433 min manatı isə Şərqi Zəngəzur iqtisadi rayonunun payına düşüb.
Dövr ərzində regionlar arasında bankda əmanəti olanların siyahısında Abşeron-Xızı iqtisadi rayonu ikincidir. Burada yaşayan əhalinin banklarda 525,9 milyon manat pulu var.
Siyahıda üçüncü yerdə isə 230,4 milyon manat əmanət cəlbi ilə Gəncə-Daşkəsən iqtisadi rayonu qərarlaşıb.
Regionlar üzrə cəlb olunmuş əmanətlərin siyahısını təqdim edirik:
Regionlar üzrə cəlb olunmuş əmanətlər |
||
Regionların adı |
Cəmi (min manat) |
Orta % dərəcəsi |
Bakı iqtisadi rayonu |
12,954,353 |
4.23% |
Abşeron-Xızı iqtisadi rayonu |
525,908 |
6.06% |
Gəncə-Daşkəsən iqtisadi rayonu |
230,386 |
6.15% |
Quba-Xaçmaz iqtisadi rayonu |
139,250 |
5.41% |
Lənkəran-Astara iqtisadi rayonu |
126,429 |
5.43% |
Şəki-Zaqatala iqtisadi rayonu |
123,185 |
4.56% |
Mərkəzi Aran iqtisadi rayonu |
127,356 |
5.16% |
Qazax-Tovuz iqtisadi rayonu |
112,373 |
5.73% |
Qarabağ iqtisadi rayonu |
88,230 |
4.94% |
Şirvan-Salyan iqtisadi rayonu |
68,536 |
4.34% |
Naxçıvan iqtisadi rayonu |
70,965 |
3.96% |
Mil-Muğan iqtisadi rayonu |
49,990 |
3.47% |
Dağlıq Şirvan iqtisadi rayonu |
44,555 |
5.07% |
Şərqi Zəngəzur iqtisadi rayonu |
433 |
2.37% |
Cəmi |
14,661,949 |
4.37% |
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре