Teleaparıcı İslam bal ayından danışdı

Day.Az представляет новость на азербайджанском языке

Milli.Аz xəbər verir ki, tanınmış aktyor və teleaparıcı İslam Mehrəliyev vaxt azlığından danışıb. Yenicə ailə həyatı quran aktyor bal ayına gedə bilməməsindən də şikayətlənib:

"Vaxt azlığından toydan sonra bal ayına da gedə bilmədim. Əgər bal ayına gedib dincəlsəydim, gələndən sonra mədəm məni xəstəxanada dincəldəcəkdi (gülür). Ona görə də işlə başımı qatdım. Həyat yoldaşım da məni çox yaxşı başa düşür. İllərdir biz bir-birimizi tanıyırıq. Çünki ikimiz də eyni ayda, eyni gündə doğulmuşuq. Biz İncəsənət Universitetinin Estrada aktyoru fakültəsini bitirmişik. O hal-hazırda magistraturanın 2-ci kursunda oxuyur. Onunla birlikdə bir serialda da çəkilmişəm. Şəxsən rejissor bizi bir yerdə görüb dəvət etmişdi. Əgər biz birlikdə filmə dəvət alsaq, ona çəkilməyə icazə verərəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.