Bakının məşhur klinikası qapadıldı

Day.Az представляет новость на азербайджанском языке

Bakının məşhur klinikası bağlanıb.

Nəsrəddin Tusi adına klinika iki gün əvvəl qapadılıb. Bu barədə criminal.az-a həmin kilinikanın hazırda işsiz qalan həkimləri məlumat veriblər. 

Bildirilib ki, klinika bağlanıb və həkimlər sərbəst buraxılıblar. Hazırda klinikanın ancaq poliklinikası fəaliyyət göstərir. 

Klinikadan sayta bildirilib ki, səhiyyə ocağının ancaq cərrahiyə şöbəsi bağlanıb. Bu isə həmin şöbədə təmir işlərinin aparılması ilə bağlıdır. 

Qeyd edək ki, bir müddət əvvəl Astoriya klinikası təmir adı ilə bağlanmışdı. Lakin üstündən bir neçə ay keçəndən sonra həmin klinika başqa bir adla fəaliyyətə başladı və rəhbərliyi tam dəyişdirildi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.