https://news.day.az/azerinews/1843175.html Piyada vurulması qəzaları ilə bağlı sürücü və piyadalara MÜRACİƏT - VİDEO Avtomobil yollarında piyadaların vurulması ilə nəticələnən hadisələr piyada keçidlərinin əhəmiyyətini bir daha gündəmə gətirir. Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) piyadalara və sürücülərə ünvanladığı müraciətdə bildirib.

Piyada vurulması qəzaları ilə bağlı sürücü və piyadalara MÜRACİƏT - VİDEO

Azərbaycanca, 22 июня 2026 11:34 (UTC +04:00) 271
Piyada vurulması qəzaları ilə bağlı sürücü və piyadalara

Avtomobil yollarında piyadaların vurulması ilə nəticələnən hadisələr piyada keçidlərinin əhəmiyyətini bir daha gündəmə gətirir.

Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) piyadalara və sürücülərə ünvanladığı müraciətdə bildirib.

Müraciətdə qeyd olunur ki, piyada keçidlərinə məhəl qoymadan yolun hərəkət hissəsindən keçmək ciddi təhlükə yaradır və bu cür davranışlar çox vaxt ağır yol-nəqliyyat hadisələri ilə nəticələnir. Vətəndaşlara yalnız müəyyən olunmuş keçidlərdən istifadə etmələri tövsiyə edilib.

Eyni zamanda sürücülərə də müraciət edilərək vurğulanıb ki, diqqət daim yolda olmalı, sürət həddinə riayət edilməlidir. Bildirilib ki, xüsusilə çoxzolaqlı yollarda ehtiyatsız davranan piyadalarla bağlı risklər daha yüksək olur və bu hallarda vaxtında reaksiya vermək mümkün ola bilər.

Qurum bütün yol hərəkəti iştirakçılarını qaydalara əməl etməyə və təhlükəsizliyi prioritet saymağa çağırıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости