Rio-2016: Kanoe-slalomçumuz mübarizəni dayandırıb

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Rio-2016-da kanoe-slalom üzrə növbəti yarışlar keçirilir.

Day.Az apasport.az-a istinadən xəbər verir ki,Azərbaycan yığmasının üzvü Yure Meqliç yarımfinal mərhələsində gücünü sınayıb.

1 nəfərlik kayak qayığı (K-1) ilə mübarizə aparan idmançımız artıq yürüşü başa vurub və 145.00 saniyə nəticə göstərib. Yekun sıralamda 14-cü olan idmançımız finala yüksələ bilməyib.
 
O sadəcə isveçli İsak Ohstromu qabaqlaya bilib.

Qeyd edək ki, 15 atlet arasında ilk 10-luqda yer alanla finalda yarışacaqlar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.