Qızlarımız Gürcüstanın qapısından 5 top keçirdi

Day.Az представляет новость на азербайджанском языке.

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün son oyununu keçirib.

ANS PRESS-in məlumatına görə milli komandamızın yarımmüdafiəçisi Mərvə Özdəmir het-trik edib.

Milli komandamızın futbolçuları gürcüstanlı həmkarlarının qapısından 5 cavabsız qol keçirib. Oyunda vurulan qollara gəlincə, Mərvə Özdəmir het-trik edib, Dilgə Uyğun və Gültac Məmmədəliyeva hərəyə 1 qol vurublar.


Gürcüstan - Azərbaycan matçından foto

Yığmamız bu oyuna qədər Belçika yığması ilə qarşılaşıb. Komandamız 0:1 hesabı ilə məğlub olub.


Yığmamızında yer aldığı 6-ci qrupun turnir cədvəli

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.