Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında Ramazan bayramı münasibətilə paylaşım edib.

Day.Az xəbər verir ki, paylaşımda deyilir:

"Hörmətli həmvətənlər!

Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm".