Kağızı əldə necə hazırlamaq olar?

Day.Az представляет новость на азербайджанском языке

Müasir dövrümüzdə təqdim olunan hər cür elektronik cihazlara baxmayaraq həyatımızdan kağızı çıkartmırıq. İndiki vaxtda nəhəng zavodlarda, böyük cihazlarla istehsal edilən kağız, bilirsiniz ki əvvəllər tamamilə əldə hazırlanırdı. Bəs yaxşı bunu necə edirdilər? Azmedia.az bu sualın cavabını sizlərə təqdim edir:

Əldə edilən məlumatlara görə kağızın arxeoloji olaraq hissələri ilk dəfə Çində tapılıb və bu hissələrin e.ə. 2-ci əsrə aid olduğu təsdiq edilmişdir. Yəni bu mövzuda olduqca köhnə bir keçmişə sahib olan Çin, orada yaşayan vLogger Li Ziqi-yə də ilham olmuşdur. Bu çox amma çox köhnə prosesi hər kəsə göstərmək üçün video çəkən Ziqi, həm məlumatlandıran həm də sakitləşdirən bir işə imza atıb.

Beləki, kağız hazırlamaq üçün ilk öncə ağaclar kəsilib yarpaqlardan təmizlənir. Onu da deyək ki, Çinlilər kağız hazırlamaq üçün əsasən hind qamışı və ya tut ağacının alt qabığından hazırlayırlar. Təmizləndikdən  sonra isə ağacın üz qabığı incə-incə soyulur. Olduqca diqqət və dəqiqlik tələb edən bu iş  kağız hazırlama prosesinin ən vacib mərhələlərindəndir. Bıçaqla ağacın qabığı soyulduqdan sonra quruması üçün zivənin üzərinə asılır.  Quruduğuna əmin olduqdan sonra isə zivədən yığılaraq ip vasitəsilə taxta parçasına bağlanılır və taxta parçası torpağa bərkidilərəq ağacın qabıqları suya atılır.

Burada 1 gün suda saxladıqdan sonra yenidən götürülür. Daha sonra isə bir qaba qoyularaq üzərinə torpaq və su tökərək üzəri parça vasitəsi ilə örtülür. Bütün bu proses ocağın üzərində aparılır. Bir neçə saatdan sonra üzərinə yenidən su tökülür. Su tam buxarlanandan sonra parça onun üzərindən götürülür və ağacın qabıqları yenidən təmiz suda, fırça vasitəsi ilə  yaxşıca təmizlənir.

Təmizləndikdən sonra odunun üstünə qoyularaq döyəclənir. Daha sonra isə balta vasitəsi ilə xırda-xırda doğranılır , dərin bir qaba tökülür və yenidən döyəclənərək yaxşıca əzilir. Əzildikdən sonra xüsusi hazırlanmış çərçivə suyun üzərinə qoylaraq əzilmiş qabıqlar çərçivənin hər tərəfinə səpilir. Və sudan götürülərək bir ocaq kənarında qurudulur.

Nəticədə isə kağızımız hazırdır. Beləliklə, Ziqinin çəkdiyi videodan da  aydın olur ki, zavodlarda cihazların bir neçə saat ərzində hazırladığı kağız parçalarını  əldə hazırlamaq üçün cəmi bir neçə gün vaxt tələb olunur.

Daha ətraflı məlumat üçün videonu təqdim edirik:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.