Türkiyə hərbçiləri Aralıq dənizində 40-a yaxın miqrantı xilas edib

Türkiyənin Aralıq dənizi sahillərində, Kaş şəhəri yaxınlığında hərbçiləri qəzaya uğramış qayıqdan miqrantları xilas edib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, 37 qanunsuz miqrant xilas edilib. Daha 8 nəfərin isə axtarışları aparılıb.

Axtarış-xilasetmə işlərinə Türkiyə Hərbi-Dəniz Qüvvələrinin iki gəmisi cəlb olunub.