https://news.day.az/azerinews/1376069.html
"TURAZ Şahini - 2021" təlimlərində ətrafı tanıma uçuşları keçirilib - FOTO
"TURAZ Şahini - 2021" təlimlərində ətrafı tanıma uçuşları keçirilib - FOTO
"TURAZ Şahini - 2021" birgə taktiki-uçuş təlimləri davam edir. Təlimlərin planına əsasən Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin pilotları ətrafı tanıma uçuşlarını icra ediblər.
Müdafiə Nazirliyindən Day.Az-а verilən məlumata görə, uçuşlardan əvvəl təyyarəçilər üçün brifinq təşkil olunub, hava şəraiti və digər texniki məsələlər müzakirə edilib. Təhlükəsizlik qaydaları çatdırılıb.
Sonra türkiyəli pilotlar F-16 qırıcı təyyarələrində, azərbaycanlı hərbi təyyarəçilər isə Miq-29 və Su-25 təyyarələrində uçuşlar keçiriblər.
Təlimlər davam edir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре