"Davranışı yaradıcılığına mane olurdu"

"Mənə görə İlhamə Quliyevanın sənəti ölümündən sonra görsəndi, sanki eşidildi. Sən demə, necə gözəl mahnılar və necə böyük ürəklə oxuyubmuş".

Day.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Saleh Bağırov mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı paylaşımında yazıb. O bildirib ki, İ.Quliyeva vəfat edəndən sonra onun sənəti daha çox qabarıb:

"Şəxsiyyəti, kimliyi, davranışı yaradıcılığına o qədər mane olurdu və üstündən xətt çəkirdi ki... , həm özünün, həm də yaradıcılığının üstündən. Bəlkə heç fərqində deyildi özü... Bir məsələ də mənə maraqlıdır: Belə bir ürəyin sahibi necə elə bir xasiyyətə malik ola bilər axı?!".