https://news.day.az/azerinews/1727548.html
Azərbaycan birinciliyində 62 komanda
Fevralın 4-də yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start veriləcək. İdman.biz xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda oğlanlar 14, qızlar 7 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşəcəklər.
Azərbaycan birinciliyində 62 komanda

Fevralın 4-də yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start veriləcək.
İdman.biz xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda oğlanlar 14, qızlar 7 çəki dərəcəsi üzrə mükafatçıları müəyyənləşəcəklər.
6 gün davam edəcək birinciliyə respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 62 komandanın 319 (280 oğlan, 39 qız) boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:00-da, döyüşlər saat 12:30-da başlanacaq.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, birinciliyin baş hakimi Anar Babanlı olacaq.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре