Bakıda "Shacman" 7 avtomobili belə əzdi - ŞOK VİDEO Day.Az представляет новость на азербайджанском языке:

Svetofora yaxınlaşdıqda dayana bilməyən yük maşını minik avtomobillərini bir-birinə çırpıb.

Milli.Az avtosfer.az-a istinadən Bakıda baş vermiş daha bir ağır yol qəzasının videosunu təqdim edir. Yük avtomobilinin törətdiyi qəza anbaan Daxili İşlər Nazirliyinin "Təhlükəsiz şəhər" Avtomatlaşdırılmış İdarəetmə Mərkəzinin kameralarına düşüb. Videodan görünür ki, "Shacman" markalı yük avtomobili yüksək sürətlə hərəkət edir. Sürücü qarşıda svetoforun qırmızı işığının yandığına əhəmiyyət vermədən sürəti azaltmaq əvəzinə elə o sürətlə də hərəkəti davam etdirir. Nəticədə svetoforda dayanan ən azı 7 avtomobili bir anda əzən "Shacman" səkiyə çıxır və ağaclara dəyərək dayanır.

Həmin qəzanın videosunu təqdim edirik.

Нажмите на видео для просмотра:

фото