Həkim yeniyetmə pasiyentin qarşısında odlu silahla qətlə yetirilib

Braziliyanın Baiya ştatında yerləşən tibb mərkəzlərinin birində dəhşətli qətl törədilib.

Day.Az oxu.az-a istinadən bildirir ki, klinikaya daxil olan silahlı şəxs həkimin qəbul otağına girərək onu pasiyentinin qarşısında odlu silahla qətlə yetirib. Bu zaman gözləmə zalında olan valideynlər arasında çaxnaşma düşüb.

Hadisə tibb mərkəzinin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.