https://news.day.az/azerinews/1835738.html
Alimentə görə həbs nəzərdə TUTULURMU?
Azərbaycanda aliment öhdəliyini yerinə yetirməkdən qəsdən yayınan şəxslər üçün hüquqi məsuliyyət, o cümlədən inzibati və cinayət qaydasında həbs nəzərdə tutulur.
Alimentə görə həbs nəzərdə TUTULURMU?
Azərbaycanda aliment öhdəliyini yerinə yetirməkdən qəsdən yayınan şəxslər üçün hüquqi məsuliyyət, o cümlədən inzibati və cinayət qaydasında həbs nəzərdə tutulur.
Məhkəmə qətnaməsini icra etməyən borclular barəsində ilk növbədə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən protokol tərtib edilir və bu qanun pozuntusu müəyyən müddətədək inzibati həbslə nəticələnir.
Əgər inzibati tənbeh tədbirləri də fayda verməzsə və alimentin ödənilməməsi qərəzli xarakter daşıyarsa, şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq daha ağır müddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər.
Rəsmi hesabatlara əsasən, 2025-ci il ərzində Azərbaycanda aliment ödəməkdən yayınan 2344 valideyn inzibati qaydada həbs edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, həmin il aliment öhdəliyini pozan 4 299 borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, onlardan 3083-ü üzrə məhkəmələr tərəfindən müvafiq tənbeh tədbirləri tətbiq edilmişdir.
Bununla yanaşı, aliment ödəməyənlərin qərəzli davranışı səbəbindən icra qurumları tərəfindən cinayət məsuliyyətinə cəlb etmə haqqında 286 təqdimat verilmiş və bunlardan 235-i əsasında cinayət işi başlanmışdır.
Nəsimi Ələsgərli
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре