https://news.day.az/azerinews/1836590.html Xocavənd şəhərinə daha 17 ailə qayıdıb - FOTO Bu gün Xocavənd şəhərinə növbəti köç reallaşıb. Day.Az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 17 ailə olmaqla, 65 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Xocavənd şəhərinə daha 17 ailə qayıdıb - FOTO

Azərbaycanca, 22 мая 2026 14:37 (UTC +04:00) 268
Xocavənd şəhərinə daha 17 ailə qayıdıb

Bu gün Xocavənd şəhərinə növbəti köç reallaşıb.

Day.Az xəbər verir ki, bu mərhələdə Xocavənd şəhərinə 17 ailə olmaqla, 65 nəfər köçürülüb.

Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

  • Xocavənd şəhərinə daha 17 ailə qayıdıb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости